Luis Enrike: “Şübhəsiz ki, biz daha yaxşı olacağıq”
PSJ-nin baş məşqçisi Luis Enrike komandanın növbəti – 2024/2025 mövsümündəki inkişafı barədə danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, komandanın daha yaxşı təkmilləşəcəyinə əmindir:
“Hər şey plana uyğun getsə, əminəm ki, növbəti mövsüm komandamız daha yaxşı olacaq. Mən buna əminəm. Həm müdafiədə, həm hücumda, həm fiziki, həm də texniki-taktiki baxımdan. Şübhəsiz ki, biz daha yaxşı olacağıq”.
53 yaşlı mütəxəssis 2023-cü ilin iyulundan PSJ-yə rəhbərlik edir. Onun Fransa klubu ilə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.
PSJ hazırda 54 xalla Fransa çempionatına başçılıq edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin