PSJ braziliyalı futbolçu ilə maraqlanır

“Nyukasl”ın yarımmüdafiəçisi Bruno Gimarayeş PSJ-nin yay transfer pəncərəsi üçün oyunçu siyahısına başçılıq edir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə klubu maliyyə problemlərinə görə futbolçusunu satmağı düşünür. “Nyukasl” braziliyalı yarımmüdafiəçi üçün ən azı 100 milyon avro istəyir.

Gimarayeş 2022-ci ilin yanvarında “Lion”dan “Nyukasl”a keçib, transfer məbləği 42,1 milyon avro olub. Onun klubla müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. 26 yaşlı futbolçu bu mövsüm 34 oyun keçirib, 3 qol vurub və 6 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button