“İnter” xorvatiyalı futbolçusundan imtina edir
“İnter”in futbolçusu İvan Perişiç klubu tərk edə bilər.
Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi xorvatiyalı yarımmüdafiəçini satmaq niyyətindədir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Xəbərdə, “İnter”in Perişiçi 40 milyon avroya satmaq istədiyi bildirilib. 29 yaşlı futbolçuyla “Mançester Yunayted” yaxından maraqlanır.
Perişic 2015-ci ildə “Volfsburq”dan “İnter”ə keçib. Xorvat futbolçu cari mövsümdə 25 qarşılaşmada iştirak edərək, 3 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin