“Yuventus” yeni transferini təqdim etdi

İtaliya çempionu “Yuventus” yeni transferi Adrien Rabyonu ictimaiyyətə təqdim edib.

Komanda.az Turin klubunun rəsmi saytına istinadən xəbər verir ki, PSJ-dən ayrılan fransalı yarımmüdafiəçi yeni klubunda 25 nömrəli forma geyinəcək.

Uzunmüddətli müqaviləyə imza atan 24 yaşlı oyunçu “Yuventus”da ilinə 7 milyon avro qazanacaq. Turin təmsilçisinə azad agent kimi keçən Rabyonun meneceri olan anasına isə 10 milyon avro transfer haqqı verilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button