“Qalatasaray”ın futbolçusuna Səudiyyə Ərəbistanından təklif gəlib

“Qalatasaray”ın yarımmüdafiəçisi Dris Mertens karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Komanda.az “Fotomaç”-a istinadən xəbər verir ki, belçikalı futbolçuya “Əl-İttihad”dan təklif gəlib.

36 yaşlı yarımmüdafiəçi hələ ki, ərəblərə konkret cavab verməyib.

Mertens “Gent”, “Utrext”, PSV, “Napoli”də oynadıqdan sonra 2022-ci ildə “Qalatasaray”a keçib. Onun Türkiyə klubu ilə müqaviləsi 2024-cü il iyunun 30-na qədər nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button