“Şamaxı”dan daha bir transfer
“Şamaxı” mövsümün ikinci yarısı üçün heyətini gücləndirməyi davam etdirir.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə klubu növbəti transferini reallaşdırıb. Müdafiəçi Arsen Ağcabəyov mövsümün sonuna qədər “Şamaxı”da çıxış edəcək.
Birinci Liqa təmsilçisi daha əvvəl Roman Hüseynov, Bəhruz Teymurov və Səbayıl Bağırovu heyətinə qatıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin