Azərbaycan boksçuları Millətlər kubokunda mübarizəyə başlayır

Bu gün Serbiyanın Sombor şəhərində qadın boksçular arasında Millətlər kuboku start götürəcək.

Komanda.az xəbər verir ki, 6 gün davam edəcək beynəlxalq turnirdə Azərbaycan millisi də qüvvəsini sınayacaq.

Yığmanın məşqçisi İlkin Ağayevin rəhbərliyi altında Marjona Savriyeva (50 kq), Zeynəb Rəhimova (54 kq), Məhsəti Ağamaliyeva-Həmzəyeva (57 kq), Şəhla Allahverdiyeva (66 kq) və Aynur Rzayeva (81 kq) böyüklərin yarışında mübarizə aparacaq. Banuçiçək Nəsirli (46 kq) yeniyetmələr, Aynur Mikayılova (54 kq) və Emili Rzayeva (63 kq) isə gənclər arasında qüvvəsini sınayacaq.

Yarışda ölkəmizi Məsməxanım Səlimova isə hakim kimi təmsil edəcək.

Millətlər kubokuna 10 ölkədən 102 boksçu qatılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button