“Fənərbaxça”nın aparıcı futbolçusu zədələnib

“Fənərbaxça” klubunun heyətində ciddi itki baş verib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, İstanbul təmsilçisinin yarımmüdafiəçisi Migel Krespo sıradan çıxıb.

Portuqaliyalı futbolçu Super Liqanın “Konyaspor”la matçında (7:1) zədələnib. Onun ayaq əzələsində yırtıq aşkarlanıb. 27 yaşlı oyunçunun yaşıl meydanlara nə vaxt qayıdacağı müalicə prosesindən asılı olacaq.

Krespo cari mövsümdə “Fənərbaxça”nın heyətində meydana çıxdığı 17 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button