“Sabah”ın futbolçusu “Araz-Naxçıvan”da
Qış transfer pəncərəsinin açılmasından istifadə edən “Araz-Naxçıvan” heyətini gücləndirməyə çalışır.
Komanda.az xəbər verir ki, sözügedən klub “Sabah”dan İldar Ələkbərovu icarəyə götürüb.
Hər iki cinahda və hücumda oynamaq keyfiyyətinə malik 23 yaşlı futbolçu mövsümün sonuna qədər “qırmızı-ağlar”ın heyətində 17 nömrəli formanı geyinəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin