Van Daykın “Arsenal”la oyunu buraxmasının səbəbi bəlli olub
“Liverpul”un aparıcı futbolçularından olan Vircil van Daykin İngiltərə kubokunun 1/32 finalında “Arsenal”la görüşü buraxmasının səbəbi məlum olub.
Komanda.az BBC-yə istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Yurgen Klopp danışıb. O, 32 yaşlı müdafiəçinin xəstə olduğu üçün bu görüşdə iştirak etmədiyini bildirib:
“Vircil xəstədir. Görək, özünü necə hiss edəcək”.
Van Dayk bu mövsüm “Liverpul”un heyətində İngiltərə Premyer Liqasında 18 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin