Danimarkalı futbolçu “Napoli”nin hədəfində
“Napoli” “Tottenhem”in yarımmüdafiəçisi Pyer-Emil Hoyberqi transfer etməyi planlaşdırır.
Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, Neapol klubunun nümayəndələri artıq danimarkalı futbolçunun meneceri ilə ilkin danışıqlara başlayıb.
Bu transfer baş tutmasa, klub alternativ variant kimi “Lester”in yarımmüdafiəçisi Bubakari Sumare üçün danışıqlar aparacaq.
28 yaşlı futbolçu karyerası ərzində “Bayern”, “Ausburq”, “Şalke”, “Sauthempton” klublarında forma geyinib və 2020-ci ildən “Tottenhem”in üzvüdür.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin