“Liverpul” daha bir futbolçusunu icarədən erkən geri çağırdı
“Liverpul” müdafiəçisi Ris Uilyamsı “Aberdin”dən icarədən erkən geri qaytarıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
“Qırmızlar”ın bu qərarına gənc futbolçunun Şotlandiya klubunda çox oyun forma şansı qazana bilməməsi səbəb olub.
Xatırladaq ki, İngiltərə nəhəngi bir müddət öncə “Leypsiq”də icarədə olan Fabio Karvalyonu da vaxtından əvvəl geri qaytarmağa qərar vermişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin