“Liverpul” Salaha yeni müqavilə təklif edəcək

“Liverpul”un hücumçusu Məhəmməd Salah klubla müqaviləsini uzada bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər 2027-ci ilin yayına qədər nəzərdə tutulan yeni müqavilə imzalamaqda maraqlıdırlar.

31 yaşlı futbolçu 2017-ci ildə “Roma”dan “Liverpul”a keçib. O, bu mövsüm İngiltərə klubunun heyətində bütün yarışlarda 26 oyun keçirib, 16 qol vurub və 8 məhsuldar ötürmə edib.

Premyer Liqanın turnir cədvəlinə 42 xalla “Liverpul” başçılıq edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button