Hakimlər Komitəsinin sədri “Səbail”in düşərgəsində
Bu gün “Səbail” Peşəkar Futbol Klubunun əsas komandasının futbolçu və məşqçi heyəti ilə AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşəkin görüşü baş tutub.
Komanda.az xəbər verir ki, komitə rəhbəri seminar zamanı komandamızın üzvlərini oyun qaydalarındakı yeniliklərlə tanış edib, həmçinin bu istiqamətdə verilmiş sualları cavablandırıb.
Seminarda müxtəlif oyunlardan epizodlar müzakirə edilib, hər iki tərəf arasında fikir mübadiləsi aparılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin