“Sabah” baş məşqçisi ilə vidalaşdı
“Sabah” basketbol komandası baş məşqçisi Boban Mitevlə yollarını ayırıb.
Bu barədə Komanda.az-a paytaxt təmsilçisindən məlumat verilib.
Şimali Makedoniyadan olan mütəxəssis ailə vəziyyəti ilə əlaqədar öz istəyi ilə postunu tərk edib.
“Sabah” Mitevə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin