“Barselona” 80 milyon avro ödəməyəcək – Portuqaliyalı üçün
“Barselona” rəhbərliyi hücumçu Joao Feliksin transferinə görə “Atletiko”ya böyük təzminat ödəmək fikrində deyil.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, Madrid klubu 24 yaşlı portuqaliyalı üçün təxminən 80 milyon avro almaq niyyətindədir. Lakin “Barsa” onun üçün bu məbləği ödəməyə hazır deyil.
“Barselona”nın Feliks üçün 30-40 milyon avro təklif edə biləcəyi bildirilir. “Atletiko” təklifdən imtina edərsə, Kataloniya klubu sonunda satın almaq imkanı ilə oyunçunun icarə müqaviləsini daha bir mövsüm uzatmağa çalışacaq.
Feliks bu mövsüm “Barselona”nın heyətində bütün yarışlarda 17 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun “Atletiko” ilə müqaviləsi 2027-ci ilin iyunun sonuna kimidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin