“Liverpul”un ötən mövsüm zədə problemi çox idi” – Qvardiola
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Liverpul”un ötən mövsüm Çempionlar Liqasına vəsiqə qazanmamasının səbəbini açıqlayıb.
Komanda.az xəbər verir ki, ispaniyalı mütəxəssis “qırmızılar”la oyunöncəsi mətbuat konfransında bunları deyib:
“Liverpul”un ötən mövsüm zədə problemi çox idi. Komandanızda çoxlu zədə olanda, bununla bağlı heç nə edə bilməzsiz. Buna görə də “Liverpul” indi Çempionlar Liqasında oynamır, baxmayaraq ki, onlar həmişə orada olublar”.
“Liverpul” bu gün “Mançester Siti” ilə qarşılaşacaq.Hakimin start fiti saat 16:30-da səslənəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin