Azərbaycan yığması ilk oyunda məğlub oldu
18 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatında ilk oyununa çıxıb.
Komanda.az xəbər verir ki, Latviyanın Dauqavpils şəhərində təşkil olunan yarışın ilk günündə komandamızın rəqibi yerli voleybolçular olub.
Qarşılaşma meydan sahiblərinin 3:0 (25:14, 25:6, 25:9) hesablı qələbəsi ilə yekunlaşıb.
Şahin Çatmanın rəhbərlik etdiyi kollektiv noyabrın 26-dək davam edəcək çempionatda Gürcüstan, Ukrayna, Litva, Estoniya və Polşaya qarşı da mübarizə aparacaq.
AÇ-2024-ə seçmə xarakter daşıyan yarışın reqlamentinə əsasən, çempion olacaq komanda qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin