“Simeone “Atletiko” üçün idealdır” – Qrizmann

“Atletiko”nun hücumçusu Antuan Qrizmann baş məşqçi Dieqo Simeone ilə müqavilənin uzadılmasına münasibət bildirib.

Komanda.az AS-a istinadən xəbər verir ki, fransalı futbolçu özünün də Madrid klubu ilə müqaviləsini uzatmaq istədiyini deyib:

“Simeone çox yaxşı məşqçidir, “Atletiko” üçün idealdır. Klubun baş direktoru bunu bilir. İndi “Atletiko” ilə müqaviləni uzatmaq növbəsi mənimdir”.

Qrizmann 2019-cu ilin yayında “Atletiko”dan “Barselona”ya keçsə də, 2021-ci ilin yayında yenidən paytaxt təmsilçisinə qayıdıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button