Azərbaycan çempionatında ilk turun oyunları təxirə salındı
Qadın voleybolçular arasında Azərbaycan çempionatında 1-ci turun oyunları təxirə salınıb.
Komanda.az Azərbaycan Voleybol Federasiyasının (AVF) mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün keçirilməsi nəzərdə tutulan UNEC – “Milli Aviasiya Akademiyası” və “Gəncə” – “Murov Az-Terminal” görüşləri başqa vaxtda gerçəkləşəcək.
Buna səbəb Azərbaycanda səfərdə olan Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiç, CEV-in vitse-prezidenti Renato Arena, Türkiyə Voleybol Federasiyasının prezidenti Akif Üstündağ, Bolqarıstan Voleybol Federasiyasının prezidenti Lyubomir Qanevlə bir sıra görüş və tədbirlərin keçirilməsinin nəzərdə tutulmasıdır.
Təxirə salınan matçların yeni tarixi hələ məlum deyil.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin