PSJ-nin azarkeşi ÇL matçından əvvəl bıçaqlanıb
Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turu oyunu öncəsi PSJ və “Milan” azarkeşləri arasında dava olub.
Komanda.az “Corriere della Sera”-ya istinadən xəbər verir ki, baş verən qarşıdurma nəticəsində PSJ azarkeşi bıçaqlanıb.
Qarşıdurmada 50-yə yaxın “Milan” azarkeşi iştirak edib. Yaralı parisli azarkeş xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır.
Xatırladaq ki, PSJ – “Milan” görüşü sabah saat 00:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin