Azərbaycan kuboku: Limit Premyer Liqaya uyğun olacaq
Azərbaycan kubokunda limit Premyer Liqaya uyğun olacaq. Komandalar oyunlarda 7 əcnəbi futbolçudan yararlana biləcəklər.
Komanda.az xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov Azərbaycan kubokunun 2023/2024 mövsümünün püşkatma mərasimində deyib.
Abbasov tapşırıqları yerinə yetirdikləri üçün klublara təşəkkür də edib:
“Builki mövsüm əvvəlkilərdən fərqlənir. Çünki yeni liqa yaradıldı, əvəzedicilərlə 1-ci Liqa ayrıldı. Aşağı liqalarda problemlər var, bunu inkar etmirik. Azərbaycan kubokunda 34 komandanın olması isə PFL tarixində rekord saydır. Bir çox komanda bu turnirdə iştirak etməklə təcrübə toplayacaq”.
PFL rəsmisi bildirib ki, ölkə kubokunda VAR sistemindən istifadə olunacaq. Amma bu, yalnız sistem quraşdırılan stadionlarda olacaq.
Bizi Facebook-da izləyin