Neymar 10 ay futboldan uzaq qalacaq!

“Əl-Hilal”ın və Braziliya millisinin hücumçusu Neymar təxminən 10 aya zədəsini sağaldacaq.

Komanda.az “Globo”-ya istinadən xəbər verir ki, 31 yaşlı forvard noyabrın 2-də əməliyyat olunacaq. Futbolçunun istəyi ilə əməliyyat Braziliyada baş tutacaq. Onu Braziliya yığmasının həkimi Rodriqo Lasmar əməliyyat edəcək.

Neymar oktyabrın 18-də, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Braziliya millisinin Uruqvaya qarşı oyununda (0:2) zədə alıb. Ona sol dizində çarpaz bağ və menisk yırtığı diaqnozu qoyulub. Neymarın bərpası altı aydan çox çəkəcək.

Neymar bu yay PSJ-dən Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçib. O, komandanın heyətində 5 oyun keçirib, 1 qol vurub, 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button