“Səbail”in futbolçusu: “Vurduğum iki qola görə xoşbəxtəm”
“Səbail”in portuqaliyalı yarımmüdafiəçisi Pedro Nuno Azərbaycan Premyer Liqasının 11-ci turunun “Zirə” ilə oyunundan (2:2) sonra paylaşım edib.
Komanda.az xəbər verir ki, həmin matçda dublla yadda qalan portuqaliyalı oyuncu “instaqram” səhifəsində bunları yazıb:
“Qələbə qazanmaq istəyirdik. Ancaq yenə də güclü rəqibdən bir xal ala bildik. Mən də vurduğum iki qola görə xoşbəxtəm. Davam edirik”.
28 yaşlı futbolçu yayda “Adanaspor”dan ayrılaraq “Səbail”ə keçib. Onun klubla müqavilə müddəti 2024-cü il iyunun 30-da başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin