Azərbaycan boksçularından Minskdə 1 qələbə, 2 məğlubiyyət

Belarusun paytaxtı Minskdə təşkil olunan ikinci Avropa Oyunlarında boksçuların mübarizəsi davam edir.

Komanda.az xəbər verir ki, üçüncü yarış günündə Azərbaycan millisinin daha üç idmançısı rinqə çıxıb.

“Uruçye Arena”da öncə 49 kq çəki dərəcəsində çıxış edən boksçular mübarizə aparıb. Bu çəki dərəcəsində mübarizə aparan Azərbaycan millisinin üzvü Rüfət Hüseynov Oyunlara 1/8 finaldan başlayıb. Onun rəqibi David Alaverdian (İsrail) olub. 4:0 hesabı ilə qalib gələn boksçumuz 1/4 finala adlayıb. Hüseynov 1/4 finalda italiyalı Federiko Serra ilə üz-üzə gələcək. Sonuncu 1/8 finalda bolqarıstanlı Tinko Banabakova qalib gəlib. 1/4 final görüşləri iyunun 25-də baş tutacaq.

64 kq çəki dərəcəsində çıxış edən Bəxtiyar Qazıbəyov da ilk döyüşünü keçirib. Boksçumuz mübarizəyə 1/16 finaldan başlayıb. Onun rəqibi hollandiyalı Enriko Lakruz olub. Qazıbəyov uduzaraq, Avropa Oyunlarında çıxışını başa vurub.

75 kq çəki dərəcəsində çıxış edən Kamran Şahsuvarlı 1/8 finalda qüvvəsini sınayıb. Boksçumuz “Uruçye Arena”da baş tutan yarışda Maykl Nevinlə (İrlandiya) görüşüb. O, qarşılaşmadan məğlub ayrılaraq, mübarizəni dayandırıb. Şahsuvarlı ilk qarşılaşmasında Giorgi Harabadzeyə (Gürcüstan) qalib gəlmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button