Debütant avrokuboka qələbə ilə başladı

Avrokubokda debüt edən kişi voleybolçulardan ibarət “Xarı Bülbül Şuşa” klubu bu gün ilk görüşünü keçirib.

Komanda.az xəbər verir ki, Çelenc kubokunun 1/32 final mərhələsində Azərbaycan təmsilçisinin rəqibi Slovakiyanın “Spartak” (Miyava) klubu olub.

GİN-in Voleybol Mərkəzində baş tutan birinci qarşılaşmada Şuşa təmsilçisi qonaqları hər üç setdə məğlub edərək matçın qalibi olub – 3:0 (25:23, 25:21, 27:25).

Komandalar arasında cavab qarşılaşması tərəflərin razılığına əsasən sabah yenə Bakıda keçiriləcək. Görüş saat 18:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button