“Milan” əla komandadır” – Luis Enrike
PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda “Milan”la oyunla bağlı gözləntilərini bölüşüb.
Komanda.az parislilərin rəsmi saytına istinadən xəbər verir ki, ispan mütəxəssis komandasına güvəndiyini bildirib:
“Milan” əla komandadır. Düşünürəm ki, indi tamamilə yaxşıdırlar. Bu, çox yaxşı baş məşqçi ilə uzun müddət işləyən komandadır. Həm topla, həm də topsuz çox yaxşı oynayan komandadır. Komandama güvənirəm. Bizim tərəfimizdən nə olursa olsun, həmişəki kimi, hücuma keçməyə çalışmalıyıq. Əks halda, matçdan asılı olaraq uyğunlaşacağıq”.
PSJ bu gün “Milan”ı qəbul edəcək. Qarşılaşma saat 22.00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin