İngiltərə klubu “Milan”ı məhkəməyə vermək istəyir

“Nyukasl” klubu mərc oynadığı üçün qadağa ilə üzləşən yarımmüdafiəçi Sandro Tonali ilə bağlı vəziyyətə görə “Milan”ı məhkəməyə verə bilər.

Komanda.az “Corriere dello Sport”-a istinadən xəbər verir ki, 23 yaşlı italiyalı futbolçunun iddia ərizəsi demək olar ki, tamamlanıb. Lakin “Nyukasl”ın aqressiv münasibəti səbəbindən iş ləngiyir. İngiltərə klubu cəzanın qüvvəyə mindiyi andan “Milan”a qarşı hüquqi addım atmağı planlaşdırır. “Nyukasl” qarşı tərəfdən bir neçə milyon avro tələb etmək istəyir.

Tonali yayda “Milan”dan “Nyukasl”a keçib. Oktyabrın 12-də məlum olub ki, Tonali və onun İtaliya millisindəki komanda yoldaşı Nikolo Zaniolo futbola qanunsuz mərc etməkdə ittiham oluna bilər.

Oktyabrın 24-də Tonalinin 10 ay müddətinə diskvalifikasiya olunacağı xəbəri yayılmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button