“Xarı Bülbül” Çelenc kubokunda ilk sınağına çıxır

Kişi voleybolçulardan ibarət “Xarı Bülbül” (Şuşa) klubu avrokubokda mübarizəyə başlayır.

Komanda.az xəbər verir ki, ölkəmizi Çelenc kubokunda təmsil edəcək komandamız 1/32 final mərhələsində Slovakiyanın “Spartak” (Miyava) kollektivi ilə üz-üzə gələcək.

Tərəflərin qarşılıqlı razılığına əsasən hər iki oyun Bakıda keçiriləcək. Oktyabrın 25-dəki qarşılaşmada təmsilçimiz, ertəsi gün isə rəqib meydan sahibi sayılacaq. Hər iki matç GİN-in Voleybol Mərkəzində keçiriləcək və saat 18:00-da başlayacaq.
Qeyd edək ki, hər iki qarşılaşma CBC Sport televiziya kanalı vasitəsilə yayımlanacaq.

25 oktyabrda keçiriləcək oyun CBC Sportun “Youtube” kanalı vasitəsilə yayımlanacaq. Oktyabrın 26-da baş tutacaq cavab matçı isə televiziya vasitəsilə canlı yayımlanacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button