“Yuventus” yeni müqaviləyə hazırlaşır
“Yuventus”un yarımmüdafiəçisi Manuel Lokatelli klubla müqaviləsini uzada bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya klubu 25 yaşlı futbolçunun çıxışından razıdır və ona 2028-ci ilin yayına qədər yeni müqavilə təklif etməyə hazırdır.
Yeni müqavilənin yaxın günlərdə imzalanacağı gözlənilir.
Lokatelli bu mövsüm 9 oyun keçirib və bir qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin