Poqbanın məşqlərdə iştirakına qadağa qoyulub
Pol Poqbaya “Yuventus”un məşqlərində iştirak etmək qadağan olunub.
Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçi klub üzvləri ilə də əlaqə saxlaya bilməz. Turin təmsilçisi 30 yaşlı futbolçunun müqaviləsini ləğv etməyi planlaşdırır.
Pol Poqbanın dopinq testi ikinci dəfə müsbət çıxıb. Futbolçunun 2-4 il müddətinə futboldan uzaqlaşdırılacağı gözlənilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin