Ten Haq qovulacaq?
“Mançester Yunayted” rəhbərliyi komandanın baş məşqçisi Erik ten Haqı dəstəkləyir.
Komanda.az “The Guardian”-a istinadən xəbər verir ki, klub rəhbərliyi hələ 53 yaşlı mütəxəssisin gələcəyini müzakirə etmək niyyətində deyil. Rəhbərlik niderlandlı mütəxəssisə güvənir və onu komandanın uzunmüddətli perspektivdə irəliləməsinə kömək edəcək ideal məşqçi kimi görür.
Klub rəhbərliyi hesab edir ki, komandanın uğursuz çıxışının səbəblərindən biri budur – zədələr.
“Mançester Yunayted” mövsümün əvvəlində keçirdiyi 10 matçda 6 məğlubiyyətlə üzləşib. Çempionlar Liqasında ardıcıl iki oyunda məğlub olan “qırmızı şeytanlar” A qrupunda sonuncu pillədə qərarlaşıb. İngiltərə Premyer Liqasında 7 oyundan 9 xal toplayan Erik ten Haqın komandası 10-cu yerdədir.
Bizi Facebook-da izləyin