Ançelotti: “Heç kim ondan şübhə edə bilməz”
“Real”ın baş məşqçisi Karlo Ançelotti La Liqanın 8-ci turunun “Jirona” ilə oyununda (3:0) müdafiəçi Naço Fernandesin kobud qayda pozuntusuna görə meydandan qovulmasına münasibət bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, futbolçunun hərəkəti ilə bağlı bunu deyib:
“Naço bu hərəkətinə görə səhv etdi. Amma heç kim ondan şübhə edə bilməz. Axı o, həmişə yaxşı futbolçu olub”.
“Real” 21 xalla La Liqada birinci yerdədir. “Jirona” isə 19 xalla turnir cədvəlində üçüncü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin