“Məqsədimiz yeni mövsümü mükafatçılar sırasında başa vurmaqdır”

“Neftçi” İK-nın baş məşqçisi Hacıbala Abdullazadə yeni mövsümün ilk oyununa hazırlıq, eləcə də komandadakı durumla bağlı fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında bunları deyib:

“Demək olar, keçənilki heyətimizi qorumuşuq. Gənclərin hesabına heyətimizi bir qədər də genişləndirdik. 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisində çıxış etmiş, hazırda isə yaşla əlaqədar bu komandada oynamayan oyunçulara şans verəcəyik. Əlbəttə, istəyimiz həm də milli komanda üçün yeni futzalçı nəsli yetişdirməkdir. Bir iranlı legionerimiz də var. Təəssüf ki, 2 gün əvvəl məşq prosesində zədələndi. Ondan başqa, millinin üzvü Amir Şojaei də komandamızdadır. İşlər gedir, sabah bizi gərgin matç gözləyir. Ötən mövsüm çempionatda biz onları qabaqlamışdıqsa, kubokun finalında “Baku Fire” güclü oldu. Məqsədimiz yeni mövsümü mükafatçılar sırasında başa vurmaqdır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button