“Onların hər birinə böyük inamımız var”

Sabah futzal üzrə Yüksək Liqada yeni – 2023-2024-cü il mövsümünə start veriləcək.

Komanda.az xəbər verir ki, mövsümün açılış matçında ötən çempionatın gümüş və bürünc medalçıları – “Neftçi” İK və “Baku Fire” qarşılaşacaq.

Bəs komandalar yeni mövsümə hazırdırmı? “Baku Fire”in baş məşqçi Teymur Eyvazovu dinləyək:

“Komanda çempionatın ilk oyununa hazırdır. Oyunöncəsi son məşqimizi də keçirdik. Heyətimizdə dəyişikliklər olub. Ötən mövsüm legionerlərimiz var idi, yeni çempionatda isə sırf yerlilərlə çıxış edəcəyik. Əcnəbiləri yola saldıq, əvəzində 3 yerli oyuncu dəvət etdik. Komandaya qoşulan oyunçuların hər birinə böyük inamımız var. Onlar da kollektivə tez uyğunlaşdılar. Əlbəttə, “Neftçi”İK ilə oyun bizim üçün asan keçməyəcək. “Çünki rəqibimiz bu çempionatın iddialılarındandır. Heyətlərində güclü yerli və əcnəbi oyunçular var. Diqqətli olmalıyıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button