Azərbaycan yığması seçmə mərhələyə məğlubiyyətlə başladı
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.
Komanda.az xəbər verir ki, Samir Əliyevin baş məşqçi olduğu kollektiv Serbiyanın qonağı olub.
Qarşılaşma rəqibin 2:0 hesablı qələbəsi ilə bitib.
Azərbaycan komandasının heyətində Süleyman Damadayev 90-cı dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
Bu gün yığmamızın yer aldığı qrupun digər oyununda Ukrayna Şimali İrlandiya ilə ev oyunundan 1:0 hesablı qələbə ilə ayrılıb.
Hazırda İngiltərə, Serbiya, Ukrayna və Lüksemburqun hərəyə 3 xalı varsa, Şimali İrlandiya və Azərbaycan yığmaları xalsızdır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin