Xavinin maaşı ikiqat artacaq
“Barselona”nın baş məşqçisi Xavi yaxın günlərdə Kataloniya klubu ilə müqaviləsini uzadacaq.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, yeni müqaviləyə əsasən, ispaniyalı mütəxəssisin maaşı iki dəfə artacaq. Daha əvvəl onun “Barselona”da ildə təxminən 4 milyon avro qazandığı bildirilirdi.
Xavinin 2021-ci ilin noyabrında, “Barsa”ya rəhbərlik edəndə yüksək qonorardan imtina etdiyi bildirilirdi.
İspaniyalı mütəxəssisin klubla hazırkı müqaviləsi 2024-cü ilin yayında başa çatır.
Ötən mövsüm “Barselona” Xavinin rəhbərliyi altında İspaniya çempionu olub və ölkə superkubokunu qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin