“Fənərbaxça” və “Beşiktaş”ın Konfrans Liqasındakı rəqibləri məlum oldu
Türkiyə klublarının UEFA Konfrans Liqasının qrup mərhələsində rəqibləri müəyyənləşib.
Komanda.az xəbər verir ki, “Fənərbaxça” H qrupunda “Ludoqorets” (Bolqarıstan), “Spartak” (Trnava, Slovakiya), “Norşellan” (Danimarka) ilə mübarizə aparacaq.
İstanbulun digər təmsilçisi “Beşiktaş” isə D qrupunda “Brügge” (Belçika), “Bude/Qlimt” və “Luqano” (İsveçrə) ilə üz-üzə gələcək.
UEFA Konfrans Liqasının qrup mərhələsinə sentyabrın 21-də start veriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin