“Onun qanında “Barselona”ya məxsus DNT-lər var” – Xavi

“Barselona”nın baş məşqçisi Xavi yarımmüdafiəçi İlkay Gündoğan haqda danışıb.

Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, o, almaniyalı futbolçunun meydançada fərq yaratdığını söyləyib:

“Gündoğan komandanın əsas futbolçularındandır. Onun qanında “Barselona”ya məxsus DNT-lər var. Topu heç vaxt itirmir, meydançada fərq yaratmağı bacarır, həmişə düzgün qərarlar verir. Oyun üslubumuzu dəyişdirmək üçün onunla müqavilə imzalamışıq”.

Almaniya millisinin üzvü yay transfer pəncərəsində “Mançester Siti”dən “Barsa”ya keçib. O, yeni klubunda 2 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button