“Mançester Siti”nin baş tutmayan planı

“Mançester Siti” “Barselona”nın hücumçusu Lamin Yamalı transfer etməkdə maraqlı olub. Lakin 16 yaşlı futbolçunun agenti Jorje Mendeş İspaniya klubunu əmin edib ki, müqaviləni yeniləməkdə problem olmayacaq.

Komanda.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.

Məlumatda bildirilir ki, “Mançester Siti” Yamalı alıb bir neçə mövsüm “Jirona”ya icarəyə verməyi, sonra isə onu əsas komandasında oynatmağı planlaşdırıb. Ancaq futbolçunun özü əvvəlcə “Barselona”da oynamağa üstünlük verib.

Yamal keçən mövsüm İspaniya çempionatında “Barsa”nın formasını geyinən ən gənc oyunçu olmaqla klubun rekorduna imza atmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button