Ten Haq: “Premyer Liqada asan oyun olmur”
“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq İngiltərə Premyer Liqasının birinci turunun “Vulverhempton”la oyunu (1:0) haqda danışıb.
Komanda.az “BBC Sport”-a istinadən xəbər verir ki, o, rəqibin meydançanın hər yerində fəallıq göstərdiyini söyləyib:
“Daha yaxşı oynamağa qadirik. İlk oyunda qələbə qazandıq. Rəqibimiz meydançanın hər yerində fəallıq göstərdi. Biz də onlara uyğunlaşmağa çalışdıq. Üç xal üçün mübarizə aparırdıq.
Premyer Liqada asan oyun olmur. Elə “Vulverhempton” da çətin rəqibdir. Qarşıdakı oyunlarda da yaxşı mübarizə aparmalıyıq.
Məncə, Andre Onananın İngiltərə çempionatındakı debütü yaxşı alındı. Çox yaxşı qurtarışlar etdi. Sakit oynayırdı”.
Ölkə çempionatının 2-ci turunda MY “Tottenhem”lə, “canavarlar” isə “Brayton”la qarşılaşacaq.
Bizi Facebook-da izləyin