Azərbaycanın boks millilərinin keçmiş baş məşqçisi vəfat edib

Uzun müddət Azərbaycanın müxtəlif yaş qrupları üzrə boks millilərinin baş məşqçisi vəzifəsində çalışmış Şamil Əlimzanov vəfat edib.

Komanda.az xəbər verir ki, SSRİ idman ustası, Azərbaycanın əməkdar məşqçisi 77 yaşında vəfat edib.

Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi bu gün Suraxanıdakı Tatar qəbiristanlığında dəfn olunacaq.

Şamil Əlimzanov Ədalət Məmmədov, Fərhad Acalov, Emil Məhərrəmov, Zaur Teymurov və digər bir çox titullu boksçunun məşqçisi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button