Kərimli Avropa birinciliyində medalı təmin edib
Azərbaycan boksçusu Elbrus Kərimli Rumıniyanın Ployeşti şəhərində keçirilən yeniyetmələr arasında Avropa birinciliyində medalı təmin edib.
Komanda.az xəbər verir ki, 54 kq çəkidə mübarizə aparan idmançı yarışda ardıcıl üçüncü qələbəsini qazanaraq, buna nail olub.
1/4 finalda türkiyəli Mirboran Yıldırıma 4:1 (29:28, 28:29, 29:28, 29:28, 29:28) hesabı ilə qalib gələn Kərimli yarımfinala yüksəlməklə, ən azı bürünc medalı təmin edib. Boksçu finala gedən yolda David Jiqjjavinlə (Ukrayna) üz-üzə gələcək.
32 ölkədən 378 (260 oğlan, 118 qız) boksçunun qatıldığı Avropa birinciliyinin yarımfinalında İlkanə Əhmədova (+80 kq) da mübarizə aparacaq. O, rumıniyalı Denisa Manu ilə döyüşəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin