“Məni hər gün “öldürürsüz” – Mane

“Bayern”in hücumçusu Sadio Mane jurnalistlərin onun gələcək karyerası ilə bağlı ünvanladığı sualı cavablandırmayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 31 yaşlı seneqallı futbolçu jurnalistlərə aqressiv cavab verib:

“Məni hər gün “öldürürsüz”. İndi isə sualınıza cavab axtarırsız?”

Öncədən Manenin “Əl-Nəsr”ə keçməyə yaxın olduğu haqda xəbər vermişdik.

O, 2022/23 mövsümündə Münhen klubunun heyətində 38 oyuna çıxıb, 12 qol vurub və 6 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button