“Səbail” “Konyaspor”a qalib gəldi

2023/24 mövsümünə hazırlıqlarını davam etdirən “Səbail” Türkiyə toplanışı çərçivəsində bu gün sonuncu yoxlama oyununa çıxıb.

Komanda.az xəbər verir ki, komanda Türkiyə Superliqası təmsilçisi “Konyaspor”la qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib.

Komandanın qollarını David Qomis və Pedro Nuno vurublar.

“Səbail” daha əvvəl 2 yoxlama oyunu keçirib, “Ərzurumspor”a 4:3 hesabı ilə qalib gəlib, “Sivasspor”la 1:1 hesablı heç-heçə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button