“Səbail”dən Super Liqa klubu ilə heç-heçə

Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışında olan “Səbail” ikinci yoxlama oyununu keçirib.

Komanda.az xəbər verir ki, Şahin Diniyevin baş məşqçi olduğu komanda Super Liqa təmsilçisi “Sivasspor”la üz-üzə gəlib.

Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. “Səbail”dən 43-cü dəqiqədə Peddro Nuno fərqlənib.

Xatırladaq ki, “Səbail” daha əvvəl “Ərzurumspor”a 4:3 hesabı ilə qalib gəlmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button