Məhəmməd Abdullayev finala yüksəlib, Paris-2024-ə lisenziya qazandı

Azərbaycan boksçusu Məhəmməd Abdullayev Polşada keçirilən 3-cü Avropa Oyunlarında yarımfinal döyüşünə çıxıb.

Komanda.az xəbər verir ki, +92 kq çəki dərəcəsində çıxış edən dünya çempionatının mükafatçısı finala gedən yolda Nelvi Ram Tiafakla (Almaniya) qüvvəsini sınayıb.

Görüş boksçumuzun inamlı qələbəsi ilə başa çatıb. Abdullayev rəqibini 4:1 (29:28, 29:28, 29:28, 30:27, 28:29) hesabı ilə məğlub edərək, çempionluq şansını davam etdirib.

O, finala çıxmaqla Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziyanı da rəsmiləşdirib. Bu, boksçularımızın Fransada təşkil olunacaq Olimpiadaya ikinci vəsiqəsi olub. Ondan öncə Murad Allahverdiyev (80 kq) bu uğura yiyələnib.

Qeyd edək ki, Allahverdiyev Avropa Oyunlarının bürünc medalına da qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button