Avropa Oyunları: Abdullayev 1/8 finalda

Polşada keçirilən 3-cü Avropa Oyunlarında boksçuların mübarizəsi davam edir.

Komanda.az xəbər verir ki, Azərbaycan boksçusu Məhəmməd Abdullayev bu yarışa qələbə ilə başlayıb.

+92 kq çəkidə mübarizə aparan dünya çempionatının mükafatçısı 1/16 finalda Uğur Aydemirlə (Türkiyə) qarşılaşıb.

Döyüşdə ilk raundu rəqib qazansa da, Abdullayev növbəti hissədən təşəbbüsü ələ alıb. İkinci raundda üstün olan boksçumuz üçüncü hissədə vaxtından əvvəl tam üstünlüklə qalib gəlib.

O, 1/8 finalda ilk mərhələdən azad olan gürcüstanlı Nikolos Beqadze ilə döyüşəcək. Görüş iyunun 27-də olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button