La Liqada yeni mövsümün püşkü atıldı

İspaniya La Liqasında 2023/24 mövsümünün püşkü atılıb.

Komanda.az xəbər verir ki, son çempion “Barselona” yeni mövsümə səfərdə “Xetafe”yə qarşı keçirəcəyi oyunla start verəcək.

Madrid “Real”ı isə ilk turda “Atletik”in qonağı olacaq.

Mövsümə avqustun 13-də start veriləcək. Son turun qarşılaşmaları isə 2024-cü ilin mayın 26-na təsadüf edəcək.

“El klasiko”ların da tarixləri müəyyənləşib. “Real”la “Barselona” arasındakı ilk matç 11-ci tura təsadüf edəcək və oktyabrın 29-da Kataloniyada keçiriləcək. Madriddəki görüş isə 32-ci turda, 2024-cü ilin 21 aprelində baş tutacaq.

İspaniya La Liqası
1-ci tur
13 avqust

Almeriya – Rayo Valyekano
Atletik – Real
Atletiko – Qranada
Selta – Osasuna
Sevilya – Valensiya
Las Palmas – Malyorka
Xetafe – Barselona
Vilyarreal – Betis
Real Sosyedad – Jirona
Kadis – Alaves

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button