Azərbaycan boksçularının Krakovdakı ilk rəqibləri müəyyənləşdi
Polşanın Krakov şəhərində keçirilən 3-cü Avropa Oyunlarında boks yarışlarının püşkü atılıb.
Komanda.az xəbər verir ki, püşkə əsasən Azərbaycan millisinin idmançılarının da ilk rəqibləri bəlli olub.
Sabah start götürəcək yarışın ilk günündə yığmamızın 2 boksçusu mübarizəyə qoşulacaq. Ümid Rüstəmov (57 kq) Ronald Veresi (Macarıstan), Malik Həsənov (63,5 kq) Bartlomey Roskoviçi (Polşa) sınağa çəkəcək.
Krakov-2023-də boks yarışları iyunun 23-dən iyulun 2-dək “Novi Tarq Arena”da baş tutacaq. Avropa Oyunları həm də Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq. Kişi boksçular arasında 51 kq, 92 kq və +92 kq, qadınlarda 75 kq çəki dərəcələrində finalçılar, digər bütün çəkilərdə yarımfinalçılar Olimpiadada iştirak hüququ qazanacaqlar.
Avropa Oyunlarında 42 ölkədən 325 boksçu 13 çəki dərəcəsində qalibi müəyyənləşdirəcək.
Avropa Oyunları
1/16 final
23 iyun
Ümid Rüstəmov (57 kq) – Ronald Veres (Macarıstan)
Malik Həsənov (63,5 kq) – Bartlomey Roskoviç (Polşa)
24 iyun
Murad Allahverdiyev (80 kq) – Kevin Şumann (Almaniya)
Alfonso Dominqes (92 kq) – Yan Zak (İsrail)
Zeynəb Rəhimova (54 kq) – Lenuta Periyoç (Rumıniya)
25 iyun
Sərxan Əliyev (71 kq) – Mixal Takacs (Slovakiya)
Məhəmməd Abdullayev (+92 kq) – Uğur Aydemir (Türkiyə)
1/8 final
26 iyun
Məsud Yusifzadə (51 kq) – Atilla Bernat (Macarıstan)/David Alaveryan (İsrail)
Şəhla Allahverdiyeva (66 kq) – Oşin Deriyuv (Belçika)
27 iyun
Anaxanım İsmayılova (50 kq) – Soares De Pino (Portuqaliya)
Məhsəti Həmzəyeva-Ağamalıyeva (57 kq) – Tatevik Xaçatryan (Ermənistan)
Aynur Rzayeva (75 kq) – İrina Şoenberger (Almaniya)
Bizi Facebook-da izləyin